ABA Terapiya
Altı qiymətləndirmə aləti bir platformada: hər uşaq üçün nəticələr bir yerdə saxlanılır.
Mütəxəssislər üçün test, qiymətləndirmə, plan və hesabat alətləri. Hər biri mütəxəssisin gündəlik işinə uyğun hazırlanıb.
Altı qiymətləndirmə aləti bir platformada: hər uşaq üçün nəticələr bir yerdə saxlanılır.
12 klinik sorğu Azərbaycan və rus dillərində. Nəticələr yalnız istifadəçinin brauzerində saxlanılır.
Mütəxəssislər üçün üç onlayn kurs bir portalda: Koqnitiv Davranış Terapiyası (20 modul), Uşaq və Yeniyetmə Psixologiyası (15 mövzu) və Uşaq və Yeniyetmə Terapiya Proqramları (13 proqram). Hər kurs seans-seans qurulub, giriş PIN ilə.
Test və kursların kataloqu. Hər testin nəyi ölçdüyü və nədən ibarət olduğu ayrıca yazılıb.
Müşahidə bəndləri və ətraflı hesabat. Rəsmi test balı istəyə bağlıdır və müşahidə nəticələrinə təsir etmir.
Gilliam autizm qiymətləndirmə miqyasının hesablayıcısı. Mütəxəssis və valideyn üçün ayrı hesabat, əvvəlki nəticə ilə müqayisə.
14–16 yaşlı yeniyetmələr üçün: maraqlar (RIASEC), qabiliyyət və dəyərlər. Nəticəni yalnız psixoloq görür və valideyn üçün çap edir.
Mütəxəssis uşaq üçün 30 günlük plan hazırlayır: həftəlik məşğələ sayı seçilir, hər məşğələ 45 dəqiqədir. Qaydalarla işləyir, AI istifadə etmir.
Seans qeydləri, həftəlik nəticələr və valideyn üçün arayış. Arayışı AI köməkçi hazırlayır.
Sağlam və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çoxsahəli qiymətləndirmə. Nəticədə uyğun təhsil sahəsi və peşə istiqaməti göstərilir.
Orijinal qeyri-şifahi təfəkkür testi, 3–15 yaş üçün üç forma.
Koqnitiv-davranış yanaşması üzrə klinik qiymətləndirmə aləti.
Mərkəzin 4 xidmət paketini təqdim edən səhifə. Valideyn paketləri yan-yana görür, hər birinin nəyi əhatə etdiyini oxuyur və müraciət edir.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün icma əsaslı inteqrasiya və uzaqdan dəstək göstərən mərkəzin saytı. Müraciətdən proqrama qədər üç sadə addım izah olunur.
Autizm skrininq testi: valideyn sualları cavablandırır, nəticə aşağı, orta və ya yüksək risk kimi göstərilir və növbəti addım yazılır. Azərbaycan, rus və ingilis dillərində, mütəxəssis üçün keçirilmə qaydası ilə.
0–6 yaş uşaqlar üçün inkişaf skrininqi: 120-dən çox maddə, yaşa uyğun filtr və ətraflı hesabat. Keçirilmə təlimatı sadə dildə yazılıb, əvvəlki testlər arxivdə saxlanılır.
Erkən inkişaf üzrə peşəkar dəyərləndirmə şablonu: uşaq kodu, yaş, anamnez və sahələr üzrə profil. Keçirilmiş testlər saxlanılır, hər nəticə ayrıca HTML kimi açılır və yüklənir. Standartlaşdırılmış test deyil.
Erkən müdaxilə və inkişaf platforması. Valideyn e-poçt və ya SMS kodu ilə daxil olur, övladlarını əlavə edir; mütəxəssisin qeydiyyatını admin təsdiqləyir. Premium paket skrininq nəticələrində sahələr üzrə ətraflı analiz açır.
Yalnız valideynin uşaqla evdə işləməsi üçün fərdi gündəlik bələdçi. Plan səhər, gündüz və axşam bölünür, tək HTML fayl kimi internetsiz də işləyir.
Uşaq və yeniyetmələrdə narahatlığı yoxlayan 41 bəndli SCARED anketi. Nəticə Birmaher bal açarı ilə hesablanır, panika, ayrılıq və sosial narahatlıq kimi sahələr ayrı göstərilir.
BAI (narahatlıq) və BDI (depressiya) testləri üçün klinik platforma. Lisenziyalı mütəxəssislər üçündür, nəticə simptomun şiddətini göstərir, diaqnoz qoymur.
Nitqi məhdud uşaqlar üçün kartla ünsiyyət proqramı. Kartı basanda söz səsləndirilir, cümlə yığmaq olur. Azərbaycan, rus və ingilis dilləri var, valideyn rejimində kart əlavə edilir, ARASAAC piktoqramları istifadə olunur.
Uşaq psixologiyası üzrə AI köməkçisi: sualı yazırsınız və ya səslə verirsiniz, söhbət şəklində cavab alırsınız.
Mərkəzin uşaq qeydiyyatı, terapiya seansları və statistik hesabatları üçün sistemi. Gemini AI uşağın nəticələrinə baxıb həftəlik plan təklif edir.
5–6 yaşlı uşaqlar üçün zehni, emosional və sosial hazırlıq portalı. 8 həftəlik proqram, interaktiv məşğələlər və gündəlik ev tapşırıqları; müəllim gündəlik qeyd aparır, valideyn irəliləyişi izləyir.
7–12 yaşlı uşaqlar üçün rus dili tədris saytı: əlifba, 24 dərs və həftəlik tədris planı.
Autizm, DEHB, nitq gecikməsi, sensor problemlər və davranış çətinlikləri olan uşaqların valideynləri üçün onlayn təlim platforması. Video, PDF və şəkil materialları ilə evdə düzgün müdaxiləni öyrədir, terapevti əvəz etmir.
Mərkəz və kabinetlər üçün idarəetmə: pasiyent qeydiyyatı, seans planlaması, əməkdaşlar, ödənişlər, xərclər və hesabat. Admin və əməkdaş rolları ayrıdır, əməliyyatlar audit jurnalında qalır. Satış təqdimatı üçün demo versiya da var.
Hansı qiymətləndirmə və ya hesabatı hələ əl ilə hazırlayırsınız? Yazın.