AZSource AI: xarici alış sorğusu və Azərbaycan istehsalçısı
Platforma xarici şirkətlərin alış sorğularını toplayır, Azərbaycan istehsalçıları ilə uyğunluğunu faizlə göstərir. Admin və təchizatçılar ayrı panellə işləyir.
Kimin üçündür
İxrac etmək istəyən Azərbaycan istehsalçıları və xarici alış sorğularını izləyən admin üçün. Təchizatçı hesabını admin yaradır.
Hansı problemi həll edir
İstehsalçı xarici alıcının nə axtardığını bilmir, alıcı da uyğun istehsalçını tapa bilmir. Platforma sorğunu və istehsalçını bir bazada birləşdirir.
Nə var
Alıcı sorğuları
Ölkə, kateqoriya, fəaliyyət növü, həcm və son tarix üzrə sorğular. Mənbə linki varsa saxlanılır.
Təchizatçı bazası
Azərbaycan istehsalçıları, ixrac ölkələri, sertifikatlar və ixrac təcrübəsi.
Uyğunlaşdırma
Hər sorğu üçün təchizatçıya uyğunluq faizi və səbəbi yazılır.
AI ilə araşdırma
Admin bazar araşdırması və təchizatçı axtarışı üçün AI-dan istifadə edir. Mənbə linki olmayan nəticəyə güvənmək olmaz.
Statistika
Ölkə və kateqoriya üzrə sorğular, uyğunluq və cavab dərəcəsi.
Təchizatçı paneli
İstehsalçı öz şirkət profilini görür.
Necə başlayırsınız
Admin sorğu əlavə edir
Alıcı sorğusunu bazaya yazır.
Təchizatçı hesabı
Admin istehsalçı üçün giriş hesabı yaradır.
Uyğunlaşdırma
Sorğu və istehsalçı uyğunluq faizi ilə bağlanır.
İzləmə
İstehsalçı panelində profilini və sorğuları görür.
Vəziyyət
Platforma hazırda prototip mərhələsindədir və demo məlumatlarla göstərilir. Pilot və şərtlər üçün WhatsApp ilə yazın.
AZSource AI haqqında
AZSource AI nədir?
Xarici alış sorğularını Azərbaycan istehsalçıları ilə uyğunlaşdıran B2B platformadır.
Platforma hazırdır?
Hazırda prototip mərhələsindədir.
Təchizatçı özü qeydiyyatdan keçə bilər?
Xeyr, hesabı admin yaradır.
AI nəticələrinə güvənmək olar?
Mənbə linki olmayan bazar araşdırması nəticəsinə güvənmək olmaz, yoxlamaq lazımdır.
