Çayxana: stollar, sifarişlər və gəlir bir paneldə
Çayxana və kafe üçün idarəetmə paneli. Stol üzrə sifarişi qəbul edirsiniz, ödənişi qeyd edirsiniz, xərcləri yazırsınız, gün və ay üzrə gəliri görürsünüz.
Kimin üçündür
Bir obyekti olan çayxana və kafe sahibləri və administratorlar üçün. Sahib və administrator eyni PIN ilə, fərqli cihazlardan eyni məlumatla işləyir.
Hansı problemi həll edir
Gün sonunda kağızda hesablamaq, hansı stolun nə qədər borcu olduğunu yadda saxlamaq və xərci satışdan ayırmaq çətindir. Panel bunları avtomatik hesablayır.
Proqramda nə var
Stollar
Başlanğıcda 10 stol var, istədiyiniz qədər stol əlavə edirsiniz. Dolu masalar ayrıca görünür.
Sifariş qəbulu
Stola məhsul və say əlavə edirsiniz, sifariş ödənilənə qədər açıq qalır.
Ödəniş
Ödənilən sifariş satışa keçir, stol boşalır.
Məhsullar
Məhsulu və qiymətini panelin özündə əlavə edir və dəyişirsiniz.
Xərclər
Xərcin adını, məbləğini və tarixini yazırsınız.
Hesabat
Bu gün, bu həftə, bu ay və ümumi üzrə satış, xərc və faktiki gəlir.
Real vaxt sinxron
Bir cihazda edilən dəyişiklik digər cihazda dərhal görünür.
Telefona yüklənir
Brauzerdən ana ekrana əlavə edirsiniz.
Necə işləyir
PIN ilə giriş
Panelə ortaq PIN ilə daxil olursunuz.
Məhsulları əlavə edin
Menyu və qiymətləri yazırsınız.
Sifarişi qəbul edin
Stolu seçib məhsul əlavə edirsiniz.
Hesabata baxın
Gün sonunda satış, xərc və gəliri görürsünüz.
Sınaq və qiymət
Qiymət və sınaq şərtlərini WhatsApp ilə dəqiqləşdirin. Paneli sizin menyunuza və stol sayınıza uyğunlaşdırırıq.
Çayxana paneli haqqında
Bu proqram nədir?
Çayxana və kafe üçün stol, sifariş, ödəniş, xərc və hesabat paneli.
Neçə stol olur?
Başlanğıcda 10 stol var. Panelin özündən stol əlavə etmək olur.
Bir neçə cihazdan işləyir?
Bəli, məlumat cihazlar arasında real vaxtda sinxron olur.
Hansı hesabatlar var?
Bu gün, bu həftə, bu ay və ümumi dövr üzrə satış, xərc və faktiki gəlir.
Qiymət nə qədərdir?
WhatsApp ilə yazın, birlikdə dəqiqləşdirək.
