M-CHAT-R: erkən yaşda autizm riski üçün skrininq
16-30 aylıq uşaqlar üçün 20 suallıq skrininq alətinin rəqəmsal forması. Suallar cavablandırılır, bal avtomatik hesablanır, risk səviyyəsi və növbəti addım göstərilir.
Kimin üçündür
Mütəxəssis tərəfindən doldurulur: psixoloq, pediatr, inkişaf mütəxəssisi. Test 16 ilə 30 aylıq uşaqlara tətbiq olunur, orta hesabla 5-10 dəqiqə çəkir. Valideynin verdiyi məlumat da nəzərə alına bilər.
Hansı problemi həll edir
Skriniqin balını əl ilə hesablamaq vaxt aparır və səhvə açıqdır. Proqram 20 sualın cavabına görə balı hesablayır, risk səviyyəsini və tövsiyə olunan növbəti addımı göstərir.
Proqramda nə var
20 sual
Hər sual üçün yalnız "bəli" və ya "xeyr" cavabı seçilir. Aralıq cavab yoxdur.
Kritik suallar
8 sual xüsusi diqqət tələb edən kimi işarələnir.
Avtomatik bal
20 sual cavablandırıldıqdan sonra bal hesablanır.
Risk səviyyəsi
0-2 aşağı, 3-7 orta, 8-20 yüksək risk. Hər səviyyə üçün növbəti addım yazılır.
3 dil
Azərbaycan, rus və ingilis dilində.
Uşaq məlumatı
Uşağın adı, yaşı (ay), cinsi, müayinə tarixi və mütəxəssisin adı nəticə sənədinə yazılır.
Çap
Nəticəni çap edib arxivə əlavə etmək olur.
Qaydalar səhifəsi
Testin keçirilmə qaydası addım-addım yazılıb.
M-CHAT-R skrininq alətidir, diaqnoz deyil. Yüksək bal autizm diaqnozu demək deyil, ətraflı diaqnostik qiymətləndirmə tələb edir. Son qərarı lisenziyalı mütəxəssis verir.
Necə işləyir
Giriş
Mütəxəssis telefon nömrəsi və PIN ilə qeydiyyatdan keçir. Hesab təsdiqdən sonra aktivləşir.
Uşaq məlumatı
Adı, yaşı, cinsi və müayinə tarixi yazılır.
20 sual
Uşağın tipik davranışına görə hər suala bəli və ya xeyr seçilir.
Nəticə
Bal, risk səviyyəsi və növbəti addım göstərilir, çap etmək olur.
Giriş
Alət mütəxəssislər üçündür. Giriş üçün qeydiyyatdan keçirsiniz, hesab təsdiqləndikdən sonra istifadə edə bilərsiniz. Təsdiq və şərtlər üçün WhatsApp ilə yazın.
M-CHAT-R haqqında
M-CHAT-R nədir?
Modified Checklist for Autism in Toddlers, Revised. 16-30 aylıq uşaqlarda autizm spektr pozuntusu riskini aşkarlamaq üçün 20 suallıq skrininq alətidir. Robins, Fein və Barton tərəfindən hazırlanıb.
Bu test diaqnoz qoyur?
Xeyr. Yalnız skrininqdir. Yüksək bal diaqnoz demək deyil, ətraflı diaqnostik qiymətləndirmə lazımdır.
Kim doldurur?
Mütəxəssis: psixoloq, pediatr və ya inkişaf mütəxəssisi. Valideynin verdiyi məlumat da nəzərə alına bilər.
Bal necə şərh olunur?
0-2 aşağı risk, növbəti skrininq 24 aylıqda. 3-7 orta risk, Follow-Up müsahibəsi lazımdır. 8-20 yüksək risk, dərhal diaqnostik qiymətləndirmə tövsiyə olunur.
Hansı yaş üçündür?
16 ilə 30 ay arası uşaqlar.
