Restoran: menyu, sifariş və zal bir platformada
Restoran sahibi menyunu, masaları, sifarişləri, mətbəx ekranını, anbarı və xərcləri bir paneldə idarə edir. Müştəri QR menyudan sifariş verir.
Kimin üçündür
Restoran və kafe sahibləri üçün. Platforma bir neçə restoranı ayrı-ayrı məlumatla idarə edir, hər restoran öz kodu və PIN ilə daxil olur.
Hansı problemi həll edir
Kağız menyu, masa dəftəri və xərc cədvəli ayrı yerdə olanda sifarişlər itir, mətbəx nə hazırlayacağını gec bilir. Platforma sifarişi zaldan mətbəxə, oradan hesabata aparır.
Nə var
Menyu
Kateqoriya, məhsul və variantlar. Dəyişiklik dərhal müştəri menyusunda görünür.
QR menyu
Hər restoranın öz ünvanında müştəri menyusu açılır, müştəri oradan sifariş verir.
Sifarişlər
Sifarişlər, qəbz və kuryer qeydi.
Mətbəx ekranı
Sifarişlər mətbəxdə ayrıca ekranda görünür.
Masalar və rezervasiya
Masaların vəziyyəti və rezervlər bir səhifədədir.
Anbar və xərclər
Anbar qalığı və xərc qeydləri, təchizatçı göstərmək olur.
İşçilər və müştərilər
İşçi hesabları, rolları və müştəri siyahısı.
Hesabat və AI təhlil
Satış hesabatları və ayrıca AI təhlil səhifəsi.
Necə başlayırsınız
Qeydiyyat
Restoranı yaradırsınız və onboarding addımlarını keçirsiniz.
Menyunu yığın
Kateqoriya və məhsulları əlavə edirsiniz.
QR menyunu paylaşın
Müştəri menyuya QR ilə girir.
Gündəlik işləyin
Sifarişləri, masaları və xərcləri paneldən izləyirsiniz.
Giriş və qiymət
Platforma abunə ilə təklif olunur. Qiymət və qoşulma üçün WhatsApp ilə yazın.
Restoran haqqında
Restoran platforması nədir?
Restoranlar üçün menyu, sifariş, masa, anbar və hesabat idarəetmə sistemidir.
Bir hesabda bir neçə restoran ola bilər?
Bəli, platforma bir neçə restoranı ayrı məlumatla idarə edir.
Müştəri necə sifariş verir?
QR kodu oxudub restoranın menyu səhifəsindən.
Başqa restoran mənim məlumatımı görə bilər?
Xeyr, məlumat restoranlara görə ayrılıb.
