AutoCar: avtomobil, icarə və təhvil-təslim bir sistemdə
Maşın icarəsi şirkəti bütün flotu, icarələri və qaytarılma tarixlərini bir ekranda görür. Təhvil-təslim aktı zədə sxemi və imza ilə hazırlanır.
Kimin üçündür
Rent-a-car şirkətləri üçün. İşçi ekranı və admin paneli ayrı PIN ilə açılır, platformada hər şirkətin məlumatı ayrı saxlanılır.
Hansı problemi həll edir
Hansı maşının kimdə olduğu, nə vaxt qayıdacağı və kimin nə qədər borcu qaldığı dəftərdə və mesajlarda itir. Təhvildə zədə mübahisəsi də tez-tez çıxır. AutoCar hər icarəni, ödənişi və maşının təhvil vəziyyətini qeyd edir.
Nə var
Avtomobillər
Marka, model, dövlət nömrəsi, günlük qiymət, 7 və 30 gündən çox icarə üçün endirim. Maşın boş, icarədə və ya servisdə olur.
İcarələr və təqvim
Yeni icarə müştəri, tarix və depozitlə yazılır. Təqvim və flot cədvəli yaxınlaşan qayıdışları göstərir.
Təhvil-təslim aktı
Zədə sxemi, km sayğacı, yanacaq, xarici və daxili vəziyyət qeydi və müştəri imzası.
İcarə müqaviləsi
İcarə məlumatlarından müqavilə mətni hazırlanır.
Ödəniş və borc
Ödənilən məbləğ, qalıq borc və cərimə qeydləri. Müştəriyə SMS və ya WhatsApp ilə xatırlatma göndərmək olur.
Maşın sahibi
Başqasının maşını flotdadırsa, sahibin adı, telefonu və ona günlük ödəniləcək məbləğ yazılır.
Hesabat
Bu ayın gəliri, ümumi gəlir, flotun doluluğu və ümumi icarə sayı. Siyahılar CSV kimi çıxarılır.
İctimai kataloq
Müştərilər maşınlara kataloqda baxır və sorğu göndərir. Kataloq bir neçə dildə açılır.
Necə başlayırsınız
Qeydiyyat
Şirkət adı və loqo ilə qeydiyyatdan keçirsiniz, hesab aktivləşir.
Maşınları əlavə edin
Qiymət və sahibi qeyd edirsiniz, servis və sığorta xatırlatmasını istəyə görə yazırsınız.
İcarə yazın
Müştəri və sürücülük vəsiqəsi məlumatını daxil edib maşını təhvil verirsiniz.
Qaytarın və hesablaşın
Qaytarılma vəziyyətini qeyd edir, ödəniş və depoziti bağlayırsınız.
Sınaq və abunə
Yeni hesab üçün 3 gün pulsuz sınaq var. Sonra 1 aylıq, 6 aylıq və ya 1 illik abunə seçilir. Qiyməti WhatsApp ilə dəqiqləşdirin.
AutoCar haqqında
AutoCar nədir?
Maşın icarəsi şirkətləri üçün flot, icarə, ödəniş və təhvil-təslim idarəetmə proqramıdır.
Sınaq pulsuzdur?
Bəli, 3 gün pulsuz sınaq var.
Zədə qeydi necə aparılır?
Təhvil zamanı zədə sxemi üzərində qeyd edilir, müştəri imza atır.
Müştəri maşını özü seçə bilər?
İctimai kataloqda maşınlara baxıb sorğu göndərə bilər.
