İxtisas seçimi testi: maraq, qabiliyyət və dəyərlər
14-16 yaşlı yeniyetmələr üçün üç modullu test. Nəticə psixoloqun hesabatı kimi hazırlanır və ixtisas istiqamətlərini DİM-in ixtisas qrupları ilə əlaqələndirir.
Kimin üçündür
Ali təhsil və ixtisas seçimi qarşısında olan 14-16 yaşlı yeniyetmələr və onlarla işləyən psixoloqlar üçün. Yeniyetmə sualları cavablandırır, nəticəni isə psixoloq görür.
Hansı problemi həll edir
İxtisas çox vaxt ailə fikri və ya təsadüfi məlumatla seçilir. Test yeniyetmənin maraq, qabiliyyət və dəyər profilini çıxarır ki, psixoloq söhbəti konkret nəticə ilə aparsın.
Testdə nə var
Maraqlar (RIASEC)
60 sual, 6 tip, hər tip üçün 10 sual. Holland modelinə əsaslanır.
Qabiliyyət
72 sual: verbal, riyazi, abstrakt-məntiqi, məkani və işləyən yaddaş.
Dəyərlər
40 sual, Edgar Schein-in 8 karyera lövbəri üzrə.
Yığcam hesabat
Dominant maraq tipi, qabiliyyət səviyyələri, dəyər lövbəri və birgə şərh mətni.
İxtisas istiqaməti
Profil DİM-in ixtisas qrupları və geniş ixtisas kateqoriyaları ilə əlaqələndirilir.
Ziddiyyət xəbərdarlığı
Maraq yüksək, uyğun qabiliyyət aşağı olduqda hesabatda qeyd edilir.
2 seansa bölmək
Cəmi 80-90 dəqiqəlik test yorğunluğa görə iki seansa bölünə bilər.
Çap və PDF
Hesabat çap edilir və ya PDF kimi saxlanılır. Test AZ və RU dillərindədir.
Test ixtisas seçimində yardımçı vasitədir. Qərar yeniyetmənin, ailənin və psixoloqun birgə söhbətində verilir. Test diaqnoz qoymur.
Necə keçirilir
Seans yaradılır
Psixoloq panelə girib yeniyetmə üçün seans yaradır.
Yeniyetmə cavablandırır
Uşaq ona verilən keçidlə üç modulu ardıcıl keçir. Nəticəni görmür.
Hesabat
Psixoloq tam hesabatı açır, qeydini yazır.
Görüş
Nəticə yeniyetmə və valideynlə söhbətdə şərh olunur.
Giriş
Alət psixoloqlar üçündür. Panelə giriş və şərtlər üçün WhatsApp ilə yazın.
İxtisas seçimi testi haqqında
Test hansı yaş üçündür?
14-16 yaşlı yeniyetmələr üçün.
Neçə sual var və nə qədər çəkir?
172 sual, təxminən 80-90 dəqiqə. İki seansa bölünə bilər.
Nəyi ölçür?
Peşə maraqlarını (RIASEC), qabiliyyəti (verbal, riyazi, abstrakt, məkani, işləyən yaddaş) və karyera dəyərlərini (Schein).
Nəticəni kim görür?
Psixoloq. Yeniyetmə yalnız sualları cavablandırır.
Test ixtisası mənim yerimə seçir?
Xeyr. Test istiqamət göstərir, qərarı yeniyetmə, ailə və psixoloq birlikdə verir.
