Repetitor CRM: dərs, şagird və ödənişlər bir ekranda
Fərdi repetitorlar üçün proqram. Qrupları, şagirdləri, ödənişləri və davamiyyəti kağız dəftər və Excel əvəzinə telefondan və ya kompüterdən izləyirsiniz.
Kimin üçündür
Öz şagirdləri və qrupları olan fərdi repetitorlar üçün. Hər repetitorun məlumatı ayrı bölmədə saxlanılır: qruplar, şagirdlər, ödənişlər, davamiyyət və testlər yalnız onun hesabında olur.
Hansı problemi həll edir
Kağız dəftərdə kimin hansı gün gəldiyi, kimin hansı ay ödəniş etdiyi və qrupda neçə yer qaldığı tez itir. Repetitor CRM bunları bir yerdə saxlayır, repetitor da vaxtını dərs hazırlığına ayırır.
Proqramda nə var
Qruplar
Günlər, saat, səviyyə və forma (online və ya canlı). Qrupun doluluq statusunu bir toxunuşla dəyişirsiniz.
Şagirdlər
Ad, sinif və valideyn nömrəsi. Hər şagirdin imtahan tarixçəsi ayrıca açılır.
Ödənişlər
Hər şagird üçün ay və məbləğ qeydi. Seçilmiş dövr üzrə ümumi gəlir avtomatik toplanır.
Davamiyyət
Hər dərsdə kimin iştirak etdiyini və həmin gün hansı mövzunun keçildiyini yazırsınız.
AI ilə test hazırlama
Sinfi və sual sayını seçirsiniz, proqram Azərbaycan kurikulumuna uyğun test yaradır. Hazır test və sual bankından da istifadə etmək olar.
Sual bankı
Riyaziyyat, kimya, fizika, Azərbaycan dili, biologiya və ədəbiyyat üzrə 2 800-dən çox hazır sual.
İmtahan linki
Testi şagirdə link kimi göndərirsiniz. Nəticələr cədvəldə görünür, test və nəticələri çap etmək mümkündür.
Telefona yüklənir
Ayrıca mağazadan yükləmək lazım deyil. Brauzerdən ana ekrana əlavə edirsiniz.
AI ilə hazırlanan testi paylaşmazdan əvvəl suallara baxın. Süni intellekt səhv edə bilər, son yoxlama repetitorundur.
Necə başlayırsınız
Qeydiyyat
Telefon nömrəsi və PIN ilə hesab açırsınız. Sınaq müddəti qeydiyyatdan dərhal sonra başlayır.
Qrupları əlavə edin
Günləri, saatı və səviyyəni yazırsınız. Sonra şagirdləri əlavə edirsiniz.
Gündəlik işləyin
Dərsdən sonra davamiyyəti, ayın sonunda ödənişləri qeyd edirsiniz.
Test göndərin
Mövzu üzrə test hazırlayıb linki şagirdə paylaşırsınız, nəticəni dərhal görürsünüz.
Sınaq və abunə
Yeni hesab 7 gün pulsuz sınaq verir. Sınaq bitəndən sonra davam etmək üçün abunə lazımdır. Abunə şərtlərini və məbləği WhatsApp ilə dəqiqləşdirin.
Repetitor CRM haqqında
Repetitor CRM nədir?
Fərdi repetitorlar üçün qrup, şagird, ödəniş, davamiyyət və test idarəetmə proqramıdır.
Sınaq pulsuzdur?
Bəli, yeni hesab üçün 7 gün pulsuz sınaq var. Sonra abunə lazımdır.
Testləri AI hazırlayır?
Bəli, sinif və sual sayına görə AI test yarada bilər. Hazır testlər və sual bankı da var. Paylaşmazdan əvvəl suallara baxmaq tövsiyə olunur.
Telefonda işləyir?
Bəli. Brauzerdə açılır və ana ekrana əlavə edilə bilir.
Hansı fənlər üzrə hazır sual var?
Riyaziyyat, kimya, fizika, Azərbaycan dili, biologiya və ədəbiyyat. Ədəbiyyat üzrə sual sayı hələ azdır.
