Security Group · Biznes · Toyxanalar

Toy: zal rezervasiyası, xərc və anbar bir proqramda

Toyxana təqvimdə hansı zalın hansı gün boş olduğunu görür, məclisin menyusunu və xərclərini qeyd edir. Anbar və kadr ödənişləri də eyni yerdədir.

Zal 1Zal 2Zal 3OKTYABRBCÇCCŞB12345678910111213141516171819202122232425262728Məclis28 oktyabr · Zal 1MenyuDJKlipMaşınCəmi—Eyni tarix: rezerv olunub
Kimin üçündür

Kimin üçündür

Toy və məclis zalı olan sahibkarlar üçün. Qeydiyyatda zalların sayı (ən çox 2) və adı yazılır, giriş PIN ilədir.

Hansı problemi həll edir

Hansı problemi həll edir

Eyni zalın eyni günə iki dəfə satılması, menyu və əlavə xidmətlərin xərcinin dağınıq yazılması toyxana üçün itki deməkdir. Proqram təqvimi, məclis xərclərini və anbarı bir yerə yığır.

Nə var

Nə var

  • Zal təqvimi

    Ay üzrə təqvimdə boş və dolu günlər görünür. Eyni zal eyni tarixə iki dəfə rezerv edilə bilmir.

  • Məclis

    Tarix, saat, qonaq sayı, telefon, 1 nəfərlik menyu və menyunun cəmi. Əlavə xidmətlər ayrıca yazılır.

  • Xərclər

    Menyu, DJ, klip kimi xərclər məclisə bağlanır və avtomatik cəmlənir. Toya aid olmayan digər xərclər ayrıca qeyd olunur.

  • Anbar

    Mal əlavə olunur, hərəkət tarixçəsi saxlanılır. Anbarçı üçün ayrı PIN ilə giriş var.

  • Kadr ödənişləri

    Vəzifə, işçi və 1 nəfərə məvacib. Ümumi kadr xərci hesablanır.

  • Zəng və WhatsApp

    Müştəriyə kartdan birbaşa zəng edir və ya WhatsApp-da yazırsınız.

Necə başlayırsınız

Necə başlayırsınız

01

Qeydiyyat

Məkanın adı, zalların sayı və adları, PIN. Sınaq başlayır.

02

Zalı rezerv edin

Tarixi, saatı və qonaq sayını yazırsınız.

03

Menyunu və xərci daxil edin

Məclis üçün menyu və xərcləri qeyd edirsiniz.

04

İzləyin

Anbar və kadr ödənişlərini ayrıca aparırsınız.

Sınaq və abunə

Yeni hesab 7 gün pulsuz sınaq verir. Sınaq bitəndə abunəlik tələb olunur. Qiyməti WhatsApp ilə dəqiqləşdirin.

Suallar

Toy haqqında

Toy proqramı nədir?

Toyxanalar üçün zal rezervasiyası, məclis xərcləri, anbar və kadr ödənişləri proqramıdır.

Sınaq pulsuzdur?

Bəli, 7 gün pulsuz sınaq var.

Neçə zal əlavə etmək olar?

Qeydiyyat zamanı ən çox 2 zal yazılır.

Eyni günə iki rezerv ola bilər?

Eyni zal üçün olmaz, proqram buna icazə vermir.

Toy proqramını sınamaq istəyirsiniz?

Yazın, toyxananız üçün hesab açaq.

InstagramTikTok

Security GroupMesajınızı bura yazın

Salam! Hansı işi proqramla aparmaq istəyirsiniz? Qısa yazın, mən də sizə cavab verim.

Göndərəndə mesaj WhatsApp-da hazır açılır.

AZE AI