Uşaq təfəkkür tapşırıqları: psixoloq üçün ilkin müşahidə aləti
3-15 yaşlı uşaqların qeyri-şifahi və şifahi təfəkkürünü tapşırıqlar vasitəsilə müşahidə etmək üçün proqram. Psixoloq tətbiq edir, nəticə ilkin müşahidə kimi istifadə olunur.
Kimin üçündür
Uşaqla işləyən psixoloqlar üçün. Uşağın yaşına görə üç formadan biri avtomatik seçilir: Forma A 3-6 yaş, Forma B 7-10 yaş, Forma C 11-15 yaş.
Hansı problemi həll edir
Psixoloq uşağın təfəkkürünü müşahidə etmək üçün hazır, yaşa uyğun tapşırıq dəstinə və cavabların qeydinə ehtiyac duyur. Proqram tapşırıqları verir, cavab müddətini və nəticəni qeyd edir.
Proqramda nə var
3 forma
Forma A (3-6 yaş), B (7-10 yaş), C (11-15 yaş). Forma yaşa görə seçilir.
Qeyri-şifahi tapşırıqlar
Fiqurlu maddələr qaydalarla yaradılır.
Şifahi tapşırıqlar
Söz maddələri hazır bankdan seçilir. Kiçik uşaqlarda psixoloq tapşırığı ucadan oxuyur.
Dayandırma həddi
Müəyyən sayda ardıcıl səhvdən sonra həmin tip bağlanır. Beləliklə uşaq lazımsız yorulmur.
Cavab müddəti
Vaxt limiti yoxdur, cavab müddəti yalnız qeyd olunur.
Hesabat
Düzgün cavab sayı, müddət və tiplər üzrə nəticə.
Valideyn razılığı
Test başlamazdan əvvəl valideynin razılığı qeyd olunur.
Məlumat qorunması
Uşağın adı və soyadı bazaya yazılmır, yalnız cihazda qalır.
Bu standartlaşdırılmış IQ testi deyil. IQ balı verilmir və yaşa görə norma yoxdur. Nəticə yalnız ilkin müşahidə üçündür, WISC-V və Leiter-3 kimi standartlaşdırılmış testlərin nəticəsini əvəz etmir. Proqram diaqnoz qoymur.
Necə keçirilir
Psixoloq girişi
Psixoloq Google hesabı ilə daxil olur. Giriş icazəsi mərkəz tərəfindən verilir.
Uşaq məlumatı
Ad, soyad, yaş və psixoloqun adı yazılır, valideyn razılığı işarələnir.
Tapşırıqlar
Forma yaşa görə seçilir, uşaq tapşırıqları yerinə yetirir.
Nəticə
Psixoloq nəticəni uşağın müşahidəsi və digər məlumatlarla birlikdə şərh edir.
Giriş
Alət pilot mərhələdədir. Psixoloq Google ilə daxil olub sorğu göndərir, giriş 1, 6 və ya 12 aya verilir. Şərtlər üçün WhatsApp ilə yazın.
Uşaq təfəkkür tapşırıqları haqqında
Bu IQ testidir?
Xeyr. Bu standartlaşdırılmış IQ testi deyil, IQ balı verilmir və yaşa görə norma yoxdur. Yalnız ilkin müşahidə üçündür.
Hansı yaş üçündür?
3-15 yaş. Forma A 3-6, Forma B 7-10, Forma C 11-15 yaş üçündür.
Rəsmi testləri əvəz edir?
Xeyr. WISC-V və Leiter-3 kimi standartlaşdırılmış testlərin nəticəsini əvəz etmir.
Uşağın məlumatı necə qorunur?
Ad və soyad bazaya yazılmır, yalnız cihazda qalır. Bazaya kod, yaş, cavablar və razılıq qeydi yazılır.
Kim istifadə edə bilər?
Psixoloqlar. Giriş Google hesabı ilə olur və mərkəz tərəfindən icazə verilir.
